İran - Türkiyə sərhədində 56 əcnəbi vətəndaş saxlanılıb
Bizi izləyin

Dünya

İran - Türkiyə sərhədində 56 əcnəbi vətəndaş saxlanılıb

Ötən həftə Xos şəhərində yerləşən sərhəd keçid məntəqəsində qanunsuz sərhədi keçməyə cəhd göstərən 56 əcnəbi vətəndaşı həbs olunub. Bunu İranın Sərhəd Qoşunlarının Xoy şəhəri üzrə alay komandiri general Həsən Məhəmmədzadə deyib.

Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, H.Məhəmmədzadə deyib ki, həmin şəxslər Türkiyə, Pakistan, Özbəkistan və Əfqanıstan vətəndaşlarıdırlar.

H.Məhəmmədzadə bildirib ki, saxlanılan şəxslər məhkəmə sisteminə təhvil verilib.

Xoy şəhəri İranın Qərbi Azərbaycan əyalətinin 140 kilometr şimalında yerləşir və Türkiyənin Van şəhəri ilə həmsərhəddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm