Turçinov işğal haqqında qanunu imzaladı
Bizi izləyin

Dünya

Turçinov işğal haqqında qanunu imzaladı

Aleksandr Turçinov işğal haqqında qanunu imzaladı

Ukrayna Ali Rada sədri, prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov Ukraynanın işğal edilmiş əraziləri haqqında qanunu imzalayıb.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, qanun 15 Aprel 2014-cü ildə Ali Rada tərəfindən qəbul edilmişdi.

Qanuna əsasən, müvəqqəti işğal olunmuş ərazi Ukrayna ərazisinin ayrılmaz hissəsidir. Qanun müəyyən edir ki, Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinə Krım Muxtar Respublikası, Sevastopol şəhəri, daxili sular, sahilyanı su əraziləri və göstərilən ərazilər üzərindəki hava boşluğu aiddir.

Sənəddə həmçinin qeyd edilir ki, müvəqqəti işğal edilmiş ərazidə mülkiyyət hüququ Ukrayna qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm