Ukrayna sərhədçiləri yuxarıdan əmr gözləmədən atəş açacaq
Bizi izləyin

Dünya

Ukrayna sərhədçiləri yuxarıdan əmr gözləmədən atəş açacaq

Ukrayna sərhədçiləri yuxarıdan əmr gözləmədən atəş açacaq

“Rusiya ordusunun Ukrayna ərazisinə mümkün müdaxiləsinin qarşısını almaq üçün Ukrayna sərhədçiləri atəş açmağa hazırdır”.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Oleq Slobodyan deyib.

O, qeyd edib ki, ölkə ərazisinə hərbi müdaxilə olacağı halda, sərhədçilər yuxarıdan əmr gözləmədən atəş açacaqlar: “Nizamnaməyə əsasən, bütün sərhəd məntəqələri hərbi postdur. Buna görə də Ukrayna Dövlət Sərhəd Xidmətinə olan mümkün hücum və ya təxribat zamanı hərbi qulluqçular qanunvericilik və Ukrayna Silahlı Qüvvələrinin nizamnaməsinə əsasən hərəkət edəcəklər. İstənilən hərbi posta hücum zamanı hərbi qulluqçular silahdan istifadə etmək hüququna malikdirlər”.

O.Slobadyan Ukrayna-Rusiya sərhədində vəziyyətin mürəkkəb olmasına baxmayaraq, vəziyyətə nəzarət edildiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm