Putinin Avrasiya layihəsi təxirə salınır: Üç səbəb
Bizi izləyin

Dünya

Putinin Avrasiya layihəsi təxirə salınır: Üç səbəb

Putinin Avrasiya layihəsi təxirə salınır: Üç səbəb

Aprelin 29-da Minskdə Avrasiya İqtisadi Şurasının sammiti keçiriləcək. Sammitin gündəliyinə Ermənistanın Gömrük Şurasına üzvlüyü haqqında razılaşmanın imzalanması da salınıb. Amma Ermənistan prezidenti Serj Sarkisyanın sammitdə iştirak edəcəyi barədə rəsmi informasiya hələlik yoxdur.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Lragir” qəzeti yazır.

Qəzet yazır ki, Avrasiya İqtisadi Şurası ilə bağlı müəyyən şübhələr var və onlar bir neçə amillə bağlıdır: “Bu amillərdən ən əsası Rusiyada pisləşən siyasi-iqtisadi vəziyyətdir. Rusiya ətrafında baş verənləri Minsk, Astana və Yerevandan narahatlıqla izlənilir. Rusiyaya qarşı yeni sanksiyalar ölkədə vəziyyəti daha da pisləşdirə bilər. Sanksiyalar artıq rublun kursuna, investisiyaların həcminə və inflyasiyanın səviyyəsinə təsir edib. Amma Rusiyanın Ukraynaya hərbi müdaxiləsi halında bundan daha pis ssenari mümkündür. Belorus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayev siyasi intihar etmək fikrində deyillər. Onlar inteqrasiya proseslərini müvəqqəti olaraq təxirə salmağı təklif edə bilərlər. Ən azından MDB ərazisində vəziyyətin sakitləşməsini gözləyə bilərlər. Artıq may ayının sonunda Avrasiya İttifaqı haqqında Müqavilənin imzalanması planlaşdırılır. Amma hazırkı hadisələrin fonunda bu real görünmür”.

“Lragir” hesab edir ki, Avrasiya İqtisadi Şurası ilə bağlı şübhə doğuran ikinci amil erməni rəhbərliyinin niyyətləridir: “Heç kim dəqiq deyə bilməz ki, Ermənistan hakimiyyəti ölkənin müstəqilliyini güzəştə getməyi və Avrasiya məkanına birləşməyi arzulayır. Mümkündür ki, Ermənistan hakimiyyəti Avrasiya məkanına inteqrasiyanı təxirə salmaq üçün səbəblər axtarır. Bəlkə də hökumətin istefası bununla bağlıdır”.

“Üçüncü amilə gəlincə, istisna edilmir ki, Yerevan və Moskva arasında Ermənistanın Avrasiya strukturlarına üzvlüyün daha məqsədəuyğun vaxta təxirə salınması barədə razılıq var. Rusiyaya bu onun üçün lazım ola bilər ki, Ermənistan Avrasiya İttifaqının bərabərhüquqlu həmtəsisçisi olmasın. Ermənistan isə bir az da vaxt udmaq istəyə bilər”, - erməni nəşri bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm