İrəvan təlaş içində: Həsən Ruhani Bakıda nə deyəcək?
Bizi izləyin

Dünya

İrəvan təlaş içində: Həsən Ruhani Bakıda nə deyəcək?

Yerevan təlaş içində: Həsən Ruhani Bakıda nə deyəcək?

Bu gün Macarıstanın paytaxtı Budapeştdə Vişeqrad qrupu və Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Publika.az – ın verdiyi xəbərə görə, Azərbaycan və Gürcüstan xarici işlər nazirləri görüşdə iştirak edəcəklər.

Görüşdə Vişeqrad qrupu və Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri arasında münasibətlər, Aİ ilə assosiasiya sazişi çərçivəsində aparılan müzakirələr və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Ermənistan və Belorus Aİ-nin Şərq Tərəfdaşlığına üzv olsalar da, bu ölkələr görüşdə təmsil olunmayacaqlar. İlk növbədə rəsmi Yerevanın bu addımını Ramil Səfərovun ekstradisiyasından sonra Budapeştlə kəsilən diplomatik əlaqələrlə izah etmək olar. Səbəb yalnız budurmu? Ermənistanın “Lragir” qəzeti yazır ki, Ermənistan xarici işlər nazirinin Budapeştə getməməsi yalnız Macarıstanla münasibətlərlə izah oluna bilməz.

Qəzet Belorusla yanaşı, Ermənistanın de-fakto Şərq Əməkdaşlığından çıxdığını qeyd edib: “Amma Azərbaycan burada öz iştirakını genişləndirir. Və yalnız Avropa deyil, həm də başqa regional layihələrdə. İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri nəzərdə tutulur. Səfər zamanı İranın “Cənub dəhlizi” qaz kəmərinə birləşməsi müzakirə ediləcək. Bundan başqa Rusiyanın energetika naziri İranda olub. KİV-in məlumatına görə, Rusiya elektrik enerjisinin İrana ixracı, həmçinin İran, Rusiya və Azərbaycanın elektrik enerjisi sistemlərinin birləşdirilməsi müzakirə olunacaq”.

“Lragir” faktiki olaraq, Azərbaycan vasitəsilə İran qazının Avropaya, Rusiya elektrik enerjisinin isə İrana daşınacağını qeyd edir: “Ermənistan Avropa ilə assosiativ sazişdən imtina və Rusiyanın xeyrinə seçim etməklə faktiki olaraq İran qazının tranzitindən imtina etdi. Bununla yalnız İran-Avropa deyil, həm də İran-Rusiya layihələrindən kənarda qaldı. Yeri gəlmişkən, Rusiya və İran dəmiryol xətlərini Azərbaycan vasitəsilə birləşdirmək niyyətindədir”.

Erməni nəşri hesab edir ki, bu cür regional transformasiya Dağlıq Qarabağ münaqişəsinə də təsir etməyə bilməz: “İlham Əliyevin bu yaxınlarda Tehrana səfəri zamanı İran prezidenti regionda sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğunu bildirdi. Bu İran diplomatiyasıdır və Həsən Ruhaninin söylədiklərini bir bəyanat kimi qəbul etmək olar. Amma regional layihələr daha da konkretlik qazanarsa, Həsən Ruhaninin Bakıdakı bəyanatları konkretlik əldə edə bilər. Və aydın şəkildə danışa bilər ki, məhz hansı sərhədlərin dəyişilməzliyi haqqında danışır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm