Putini Minskdə kiçik “qardaş”ın sürprizi gözləyir
Bizi izləyin

Dünya

Putini Minskdə kiçik “qardaş”ın sürprizi gözləyir

Putini Minskdə kiçik “qardaş”ın sürprizi gözləyir

Bu gün Minskdə Avrasiya Ali İqtisadi Şurasının iclası keçiriləcək.

Publika.az – ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, iclasda Belorus, Rusiya və Qazaxıstan dövlət başçıları iştirak edəcək.

Aleksandr Lukaşenko, Vladimir Putin və Nursultan Nazarbayev bu suala cavab verməlidir: Avrasiya İttifaqında olmaq, ya olmamaq? Belarus ekspertləri isə iclasda qalmaqal yaranacağını istisna etmirlər. Belorus prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, iclasın gündəliyinə Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilə layihəsinin, həmçinin Ermənistanın Gömrük İttifaqı və Vahid İqtisadi Məkana birləşməsi üzrə tədbirlər planının (“Yol xəritəsi”) həyata keçirilməsinin müzakirəsi salınıb. Eyni məlumatda A.Lukaşenkonun ikitərəfli formatda V.Putin və N.Nazarbayevlə görüşəcəyi deyilir.

Bir gün əvvəl isə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ümid etdiyini bildirib ki, prezidentlər Avrasiya İttifaqı haqqında müqavilə üzrə bütün ziddiyyətləri aradan qaldırmağı bacaracaqlar. Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqı 2015-ci il 1 Yanvar tarixindən fəaliyyətə başlamalıdır. İttifaqın yaradılması haqqında müqavilənin isə mayın sonunda imzalanması planlaşdırılır. Bunun mümkün olması üçün isə Minskdə bir araya gələcək dövlət başçıları aralarındakı əsas problemləri həll etməyi bacarmalıdır. Amma Y.Uşakovun optimizmini Belorusun aktiv siyasi dairələri və ekspertləri bölüşmür. Onlar Minskdə keçiriləcək bugünkü tədbirdə qalmaqal olmasa belə, qarşılıqlı anlaşmazlığın ortaya çıxacağını proqnozlaşdırır.

Minsk və Moskva arasındakı əsas problem odur ki, Rusiya Belorusa satdığı neft və neft məhsullarından əldə etdiyi rüsumdan imtina etmək istəmir. Bu isə təxminən ildə 3-4 milyard dollar deməkdir. Keçən həftə parlamentdə çıxışı zaman A.Lukaşenko bu barədə çox açıq danışdı: “Mən aprelin 29-unda Minskə gələcək həmkarlarıma deyəcəyəm: Onlar ittifaqı yaratmaq istəyirlər, ya yox? Əgər istəyirsinizsə, gəlin onu klassik prinsiplərlə yaradaq, bütün məhdudiyyətləri aradan götürək. Təklif edirlər ki, bu məsələləri 10-15 il sonra həll edəcəyik. Əgər bu gün iqtisadi ittifaq haqqında müqaviləni imzalamağa hazır deyiliksə, onda 10-15 il sonra imzalayacağıq”.

Belarus prezidentin nitqindəki ritorikası onun öz mövqeyindən geri çəkiləcəyini deməyə əsas vermir. Ekspertlərin əksəriyyətinin fikrincə, Rusiya ətrafında yaranan geosiyasi vəziyyət Lukaşenkoya ən yaxın müttəfiqi, həm də Qərblə danışıqlarda manevr imkanları verir. “O, əmindir ki, Rusiya özünün əsl müttəfiqindən imtina edə bilməyəcək. Avropa isə Lukaşenkonun diktator hərəkətlərinə dözümlü olmalıdır, əks halda Belorus həmişəlik Moskvaya gedəcək”, - belarusiyalı politoloq Valeri Karbaleviç düşünür. V.Karbaleviç həmçinin qeyd edir ki, hökumət səviyyəsində verilən son bəyanatlar Moskvanın güzəştə hazır olmadığını göstərir.

Müttəfiqlərdə Ukrayna hadisələri barəsində də fikir həmrəyliyi yoxdur. Lukaşenko Krımın Rusiya ərazisi olduğunu tanıyır, amma yalnız de-fakto. “De-yure yox, çünki heç bir razılaşma yoxdur”, - Lukaşenko parlamentdəki çıxışında dilə gətirib. Belarus prezidenti Ukraynanın federallaşmasının da əleyhinədir: “Ukrayna vahid və bütöv olmalıdır”. Bununla da o, işarə edib ki, federallaşma “bəzilər”inə ölkə ərazisini “kəsmək” imkanı verəcək. Və nəhayət, rəsmi Minsk Ukraynanın yeni hakimiyyətinin tanıyıb-tanımayacağı barədə qəti qərar verməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm