Ermənistan parlamentinin yeni sədri məlum oldu
Bizi izləyin

Dünya

Ermənistan parlamentinin yeni sədri məlum oldu

Ermənistan parlamentinin yeni sədri məlum oldu

Ermənistan Respublika Partiyası parlament fraksiyasının başçısı Qalust Saakyan gizli səsvermə ilə parlamentin yeni sədri seçilib.

Publika.az – ın erməni mediasına istinadən verdiyi məlumata görə, parlamentin 101 üzvü ona səs verib.

Onun yeganə rəqibi olan müxalifət deputatı Qrant Baqratyan parlamentin 3 üzvünün səsini alıb. İki bülleten isə etibarsız hesab edilib.

Qeyd edək ki, Tiqran Sarkisyanın baş nazir postundan istefa verməsindən sonra parlament sədri postu boş qalmışdı. Belə ki, parlament sədri Ovik Abramyan Ermənistanın yeni baş naziri təyin edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm