“Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”
Bizi izləyin

Dünya

“Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”

“Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”

Macarıstanda səfərdə olan Azərbaycan xarici işlər nazir Elmar Məmmədyarov bu ölkənin xarici işlər naziri Janos Martonyi ilə görüşüb.

Publika.az – a bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumata verilib.

Qeyd edək ki, Azərbaycan XİN rəhbəri Vişeqrad qrupu və Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeştə gedib.

Görüş əsnasında Azərbaycan Respublikası ilə Macarıstan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də enerji, ticarət, mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll üçün aparılan danışıqlar barəsində məlumat verib və münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.

E.Məmmədyarov bildirib ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş və ikitərəfli əsasda digər dövlətlərlə imzalanmış sənədlərdə əks olunduğu kimi beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını və bu ərazilərdə etnik təmizləmə aparıldığını anlayır və münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. BMT TŞ-nın qətnamələrinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması haqqında tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini deyən azərbaycanlı nazir Ermənistanın beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymadığını dilə gətirib.


E.Məmmədyarov Avropa İttifaqının münaqişə ilə əlaqədar beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqe tutmasının qətiyyətli şəkildə nümayiş etdirilməsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verəcəyini qeyd edib. O, regionda sülh, sabitlik və hərtərəfli iqtisadi inkişafın təmin olunması üçün geniş imkanların yaranacağını diqqətə çatdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm