Luqansk vilayəti də separatçıların əlinə keçdi
Bizi izləyin

Dünya

Luqansk vilayəti də separatçıların əlinə keçdi

Luqansk vilayəti də separatçıların əlinə keçdi

Luqansk vilayətinin dövlət administrasiyasının binası separatçılar tərəfindən ələ keçirilib.

Publika.az – ın unina.net saytına istinadən verdiyi məlumata görə, binaya hücum edən böyük bir kütlə şüşələri sındıraraq içəri daxil olub.

Saytın yazdığına görə, təxminən iki minlik kütlənin hakimiyyətə verdiyi ultimatumun müddəti bu gün yerli vaxtla saat 14:00-da başa çatıb. İrəli sürülən tələblər arasında bütün siyasi dustaqlara amnistiya verilməsi, referendumun keçirilməsi, mövcud tariflərin ləğvi, həmçinin rus dilinə dövlət dili statusunun verilməsi var idi.

Dövlət administrasiyasının binasına hücum edənlər bunu tələblərin yerinə yetirilməməsi ilə əlaqələndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm