Ukraynada seçkilərin pozulması prosesi başladı
Bizi izləyin

Dünya

Ukraynada seçkilərin pozulması prosesi başladı

Ukraynada seçkilərin pozulması prosesi başladı

Ukrayna prezidentliyə namizəd, “Cənubi-Şərq” ictimai hərəkatının lideri Oleq Tsarev namizədliyini geri götürüb.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, o, bu addımını ölkədəki mürəkkəb vəziyyətlə izah edib.

“Kiyevdəki hərbi çevrilişdən iki ay vaxt keçib. Hakimiyyətə güc yolu ilə radikal, neofaşist qüvvələrin nümayəndələri gəldilər. Ukraynada vəziyyət mürəkkəb olaraq qalır. İqtisadiyyat kollaps həddindədir. Başqa cür düşünənlər həyasızcasına təqib edilir, yüzlərlə fəal həbsdədir”, - onun verdiyi bəyanatda deyilir.

O.Tsarev elektoratın əsas hissəsi cənubi-şərqdə olan digər prezidentliyə namizədlərə də eyni addımı atmağı tövsiyə edib: “Mən Pyotr Simonenko, Mixail Dobkina, Sergey Tiqipko, Rinat Kuzmin və başqa namizədləri seçkilərdən çəkilməyə çağırıram. Seçkilər vətəndaş müharibəsi fonunda keçirilir. Seçkiləri boykot etmək lazımdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm