Cadugər ölkəni qarışdırdı: Prezidentin falçısı...
Bizi izləyin

Dünya

Cadugər ölkəni qarışdırdı: Prezidentin falçısı...

Cənubi Koreyada ölkə prezidenti Pak Kın Henin ən yaxın rəfiqəsi və falçı Çxve Sun Sillə bağlı qalmaqal böyüyür.

Cənubi Koreyada ölkə prezidenti Pak Kın Henin ən yaxın rəfiqəsi və falçı Çxve Sun Sillə bağlı qalmaqal böyüyür.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, prokurorluq falçının həbs edilməsini istəyib.

Çxve Sun Sil noyabrın 1-də dövlət işlərinə müdaxilə ittihamı üzrə dindirilmədən sonra saxlanılıb. Həmçinin, falçının öz təsirindən istifadə edərək Cənubi Koreyanın böyük korporasiyalarını onunla bağlı iki fonda çoxmilyonlu ianələr köçürməyə məcbur etdiyi bildirilir.

Ölkə hakimiyyəti ehtiyat edir ki, 60 yaşlı qadın azadlıqda qalaraq araşdırmanın gedişinə təsir göstərə bilər. O, ifadə vermək üçün ötən günlər Avropadan gəlib. Qadın ona qarşı irəli sürülən ittihamları rədd edir.

Çxve Sun Sel ölkədə şaman təliminə başçılıq etmiş Çxve Txe Minin qızıdır. 1974-cü ildə Pak Kın Henin anası öldürülməsindən sonra onların ailəsi dostlaşıb.

Hazırda Seulda prezident impiçmentlə hədələyirlər. İttihamlara görə, dövlət başçısı özünü sektalar və falçılarla mühasirəyə alıb. Onların hökumətin məxfi sənədlərinə girişə malik olduğu və ölkənin siyasi kursuna təsir göstərdiyi iddia edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm