İstanbulda terror aktının qarşısı alınıb
Bizi izləyin

Dünya

İstanbulda terror aktının qarşısı alınıb

Bu gün İstanbulda terror aktı törətməyə cəhd edən 4 nəfər saxlanılıb. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Bu gün İstanbulda terror aktı törətməyə cəhd edən 4 nəfər saxlanılıb.

İstanbul polisinin məlumatına görə, saxlanılan şəxslərdən iki Kalaşnikov avtomatı, bir tapança, 5 avtomat darağı, məsafədən idarəetmə üçün qurğu aşkar edilib.

Bundan əvvəl yayılan məlumatlara görə, Türkiyə polisi ölkənin bütün vilayətlərində gücləndirilmiş iş rejiminə keçib. Buna səbəb beynəlxalq terror təşkilatı "əl-Qaidə"nin qanadı olan "əş-Şəbab" təşkilatının ölkə ərazisində terror aktları keçirəcəyi barədə xəbərdarlıq olub.

Ölkədə terror aktı həyata keçirməyi planlaşdıran Somali əsilli vətəndaşın adı da açıqlanıb. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm