Fransada "böyük eşq" bitdi: xanım çamadanlarını yığır
Bizi izləyin

Dünya

Fransada "böyük eşq" bitdi: xanım çamadanlarını yığır

Fransua Ollandın həyat yoldaşı Valerie Trierveiler ilə olan münasibəti sona çatıb

Aktrisa Culi Qayet ilə gizli eşq yaşadığı ortaya çıxan Fransa prezidentiFransua Ollandın həyat yoldaşı Valerie Trierveiler ilə olan münasibəti sona çatıb.

"Daily Mail" qəzetində yer alan xəbərdə Olland və Trierveilerin danışmaq üçün həftəsonu görüş keçirəcəkləri bildirilir.

Görüşdən sonra Fransa prezidentliyinə aid Versal sarayındakı bir iqamətgahda qalan Trierveilerdən dövlətə aid bütün mənzillərdəki əşyalarını toplaması istənəcək. Tərəflər də münasibətlərinin bitdiyini göstərirlər.

Onu da qeyd edək ki, Olland gizli eşq münasibətinin ortaya çıxmasından sonra dünən Hollandiyaya etdiyi ilk xarici səfərinə də tək gedib./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm