İsrailli ekspert: “Azərbaycan sübut etmişdir ki, zəif və asılı geosiyasi substansiya deyil”
Bizi izləyin

Dünya

İsrailli ekspert: “Azərbaycan sübut etmişdir ki, zəif və asılı geosiyasi substansiya deyil”

İsrailli ekspert: “Azərbaycanı sübut etmişdir ki, zəif və asılı geosiyasi substansiya deyil”

İsrailin xarici işlər naziri Aviqdor Libermanın dünən Azərbaycana səfəri başlayıb.

Publika.Az – a açıqlamasında beynəlxalq münasibətlər sahəsində israilli siyasi eksperti Arye Qut sözügedən səfəri dəyərləndirib.

İsrailin siyasi və akademik elitası ilə tez-tez görüşdüyünü deyən A.Gut ölkəsinin siyasi, hərbi və ictimai xadimlərinin Azərbaycan haqqında müsbət fikir söylədiklərini deyib:

“Bu, sadəcə olaraq siyasi hörmət deyil. Dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, ötən il Azərbaycan-İsrail münasibətləri üçün tamamilə uğurlu oldu. Mərkəzi Asiya üzrə bir sıra israilli siyasi ekspert və mütəxəssislərinin dəyərləndirmələrini apara bilərəm. Onlar hesab edirlər ki, Azərbaycanın hazırkı rəhbərliyi beynəlxalq aləmdə rəsmi Bakıya güclü və müstəqil bir oyunçu kimi etibar qazandıran, Ankara, yaxud da Tehrandan asılı olmayan sərbəst xarici siyasət aparır. İsrail-Azərbaycan əməkdaşlığının və tərəfdaşlığın arxitektoru, İsrailin XİN rəhbəri Aviqdor Libermanın Bakıya səfəri və Azərbaycan prezidentinin İrana səfəri ilə bağlı deyil. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İsrail ilə münasibətləri, onun istənilən antiisrail kampaniyalara qoşulmaqdan imtina etməsi kimi məsələlərlə bağlı dəqiq mövqeyi İsraildə səmimi hörmətlə qarşılanır. Bu baxımdan İsrail hər zaman Azərbaycanın müstəqil və çox vektorlu xarici siyasətinə böyük hörmətlə yanaşır. İsrail-Azərbaycan əlaqələri yalnız siyasi, iqtisadi və hərbi əlaqələri deyil, çox önəmli insani əlaqələri də mövcuddur. Aviqdor Liberman Bakıda prezident İlham Əliyevlə və Azərbaycan dövlətinin rəhbərliyində yer alan digər şəxslərlə görüşəcək. Tərəflər İsraillə Azərbaycan arasında kənd təsərrüfatı, səhiyyə, yüksək texnologiyalar, müdafiə sənayesi sahəsində əməkdaşlıq və iki ölkə arasında gediş-gəlişin asanlaşdırılması məsələlərini müzakirə edəcəklər”.

İsrailli ekspert bildirb ki, Azərbaycan qeyd-şərtsiz Cənubi Qafqaz regionunun geosiyasi və geoiqtisadi lideri olmasını İsraildə də gözəl anlayırlar: “Azərbaycan Cənubi Qafqaz regionunun geosiyasi və geoiqtisadi lideridir və bu, yalnız onun zəngin neft-qaz ehtiyatları ilə bağlı deyil. Karbohidrogen ehtiyatlarla zəngin bir çox ölkələrdən fərqli olaraq Azərbaycan enerji istehsalı məhsullarını daha geniş məqsədlərə yönəltmişdir. Postsovet Azərbaycanı sübut edə bilmişdir ki, o, zəif və asılı geosiyasi substansiya deyildir. O, Cənubi Qafqazda və Yaxın Şərqdə əsas rol oynayır”.

İsrailin dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biri olduğunu deyən A.Gut qeyd edib ki, İsrail Azərbaycanın mühüm strateji tərəfdaşıdır: “İsrail bu ölkəyə neft-qaz, müdafiə, telekommunikasiya, kənd təsərrüfatı sahələrində mövcud olan ən qabaqcıl texnologiyaların tədarükçüsüdür. Münasibətlərdə əhəmiyyətli yeri dövlətlərarası siyasi münasibətlər tutur ki, bu münasibətlər də İsrail prezidenti Şimon Peresin və Azərbaycan prezidenti İlham Əliyevin səmimi münasibətlərində öz təzahürünü tapır. İsraildə Azərbaycanın prinsipial və müstəqil xarici siyasət davranışları yüksək qiymətləndirilir”.

İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dilə gətirən müsahibimiz Dağlıq Qarabağ münaqişəsinin mövcud razılaşmalar və Minsk qrupunun vasitəçiliyi ilə həll edilməsinin tərəfdarı olduğunu bildirib: “İsrail həm müharibə dövründə, həm atəşkəs dövründə hər zaman lazım olan dəstəyi verib. Azərbaycan da bu faktı heç bir zaman unutmur. Eyni zamanda, İsrail dövlətinin vətəndaşı kimi və Azərbaycanın İsraildəki diasporunun nümayəndəsi kimi qürurla qeyd edə bilərəm ki Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə münasibətdə qayğıkeşlik və xoş münasibət nümayiş etdirməkdədir. “Krasnaya Sloboda” (dağ yəhudilərinin yaşadığı “Qırmızı qəsəbə”) dünyada yəhudilərin kompakt şəkildə yaşadıqları yeganə və bənzərsiz məkandır, bu qəsəbə Azərbaycanın fəxridir. Burada yəhudilər və azərbaycanlılar artıq uzun əsrlərdir ki yaşayırlar, doğma qardaşlıq münasibətləri saxlayırlar”.

İsrailli ekspert Azərbaycan prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənovun İrana səfəri ilə İsrail xarici işlər nazirinin Azərbaycana səfəri arasında bağlılıq axtaranlarla həmfikir olmadığını da dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm