Dünya
Moskva: “Bu, Kiyevin ağılsızlığı idi”
ATƏT-in hərbi inspektorlarının Slavyansk şəhərinə göndərilməsi provokasiya və ağılsızlıq idi.
Publika.az – ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın qurumdakı daimi nümayəndəsi Vladimir Çurkin deyib.
“Kiyevdəki hakimiyyət onları dəvət edibsə, təhlükəsizliyi üçün də cavab verməli idi. Statusunu təsdiq edən sənədlərlə təmin etməyib özünümüdafiə gücləri tərəfindən nəzarət olunan əraziyə hərbi inspektorların göndərilməsi necə mümkün ola bilərdi?”, - Rusiyanın BMT-dəki daimi nümayəndəsi rəsmi Kiyevə sual ünvanlayıb.
V.Çurkin ATƏT-in hərbi inspektorların azad olunmasına yardım etməyə çalışdığını deyib.
Qeyd edək ki, ATƏT-in 8 nümayəndəsi və Ukrayna Silahlı Qüvvələrinin 3 zabitindən ibarət qrup 25 Aprel tarixində Slavyanskda ekstremistlər tərəfindən tutulub. Sonradan hərbi inspektorları daşıyan avtomobilin sürücüsü olan ukrayna vətəndaşı və İsveçdən olan br zabit sərbəst buraxılıb. Məlumata görə, isveçli zabit diabetli xəstə olub.
Ömər Dağlı
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi