Rusiyada güclü partlayış: 11 ölü, 34 yaralı
Bizi izləyin

Dünya

Rusiyada güclü partlayış: 11 ölü, 34 yaralı

Rusiyanın şərqində olan Zabaykalye kəndindəki hərbi cəbbəxanada baş verən bir neçə partlayışda 11 nəfər həlak olub.

34 nəfər də xəsarət alıb, 11 nəfər isə xəstəxanaya çatdırılıb. Verilən son məlumatlara görə, Böyük Turdakı hərbi hissənin ərazisindəki bütün yanğın ocaqları söndürülüb.

Alovun daha da böyüməsinin və yanacaq anbarına keçməsinin qarşısı alınıb. Partlayışlar kənddəki yaşayış evlərinə də təsir edib, evlərin damı və şüşələri qismən dağılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. /Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm