Putin qələbəsini Ukraynada elan edəcək
Bizi izləyin

Dünya

Putin qələbəsini Ukraynada elan edəcək

Putin qələbəsini Ukraynada elan edəcək

Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev 9 Mayda Sevastopola gələcək.

Publika.az – ın “RBK-Ukrayna” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Krım Respublikası Dövlət Şurası"nın mətbuat xidməti bildirib.

“Vladimir Putin və Dmitri Medvedev Böyük Vətən Müharibəsi münasibətilə keçiriləcək paradda iştirak edəcəklər”, - mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, Sevastopol Krımın inzibati sərhədlərinə daxil deyil və xüsusi statuslu şəhərdir. Buna baxmayaraq, şəhərdə Krım Muxtar Respublikası ilə eyni vaxtda – 16 Mart 2014-cü ildə referendum keçirilib və birtərəfli şəkildə Ukraynadan ayrılıb.

Martın 18-ində isə Krım və Sevastopol Rusiyaya birləşib. Rusiya baş naziri həmin tarixdən sonra Krımda olsa da, bu, V.Putinin ilhaq olunan ərazilərə ilk səfəridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm