“Berkut” nümayişi dağıtmağa hazırlaşır
Bizi izləyin

Dünya

“Berkut” nümayişi dağıtmağa hazırlaşır

Prezident Viktor Yanukoviç vəziyyətin nizama salınması haqqında ona vədlər versə də, bu vədlər yerinə yetirilməyib.

"Berkut" xüsusi təyinatlıları bu gün və ya sabah gecə Qruşevski küçəsində nümayişi dağıtmağı planlaşdırır.

Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə UDAR Partiyasının lideri Vitali Kliçko keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, xüsusi təyinatlılar nümayiş iştirakçılarını mühasirəyə alaraq onların fəal hissəsini həbs edəcəklər. V.Kliçko qeyd edib ki, prezident Viktor Yanukoviç vəziyyətin nizama salınması haqqında ona vədlər versə də, bu vədlər yerinə yetirilməyib. Xatırladaq ki, dünən partiya lideri ilə dövlət başçısı arasında təkbətək görüş keçirilib. V.Kliçko bu gün müxalifətin irəli sürdüyü beş tələbə cavab almaq üçün Yanukoviçin yanına yenidən gedəcəyini deyib.

UDAR Partiyasından olan deputat Rostislav Pavlenko isə “TB” kanalın açıqlamasında Ukraynada sonrakı hadisələrin inkişafı üçün məsuliyyətin birbaşa olaraq prezident V.Yanukoviç hakimiyyətinin üzərinə düşəcəyini dilə gətirib. Onun sözlərinə görə, güc variantını tətbiq etmək və ya vətəndaşların tələblərinə məhəl qoymamaq hakimiyyət üçün faciə ilə bitəcək.

“Vətəndaşların tələblərinə məhəl qoymamaq və ya güc tətbiq etmək böyük bədbəxtliklə yekunlaşacaq. Çünki, hər belə addımdan sonra cəmiyyətin reaksiyası daha güclü olacaq”, - Pavlenko xəbərdarlıq edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm