Vaşinqtondan etiraf: “Ukrayna böhranı Azərbaycanın əhəmiyyətini artırdı”
Bizi izləyin

Dünya

Vaşinqtondan etiraf: “Ukrayna böhranı Azərbaycanın əhəmiyyətini artırdı”

Vaşinqtondan etiraf: “Ukrayna böhranı Azərbaycanın əhəmiyyətini artırdı”

Bu gün ABŞ-ın paytaxtı Vaşintonda ABŞ-Azərbaycan Konqresi başlayıb.

Publika.az – ın verdiyi xəbərə görə, iki gün davam edəcək Konqres Ağ Ev yaxınlığındakı məşhur Villard Hoteldə keçirilir.

Tədbirdə ABŞ və Azərbaycanı təmsil edən siyasi və ictimai xadimlər, biznes liderləri və ekspertlər iştirak edir. Demokratlar Partiyasının Nyu-Yorkdan olan senatoru Çarles Şumer çıxışında Azərbaycanın ABŞ-ın müttəfiqi və bölgədəki əhəmiyyətli bir tərəfdaşı olduğunu dilə gətirib. Azərbaycan ilə ABŞ arasında ictimai və iqtisadi əlaqələrin inkişafına yönəlik addımlara toxunan senator iki ölkə hərbçilərinin Əfqanıstan, İraq və Kosovada birlikdə xidmət etdiyini vurğulayıb.

Amerikalı senator qeyd edib ki, Ukrayna böhranı iki ölkə arasındakı əlaqələrinin əhəmiyyətini daha da artırıb: “Ukraynanın ərazi bütövlüyünü pozulmasına yönəlik hərəkətlər yaxşı hal deyil. Rusiyaya sərt sanksiyaların tətbiq olunmasını dəstəklədim və bundan sonra da dəstəkləməyə davam edəcəyəm”.

Azərbaycan karbohidrogen ehtiyatlarının Avropaya çatdırılmasının böyük əhəmiyyət daşıdığını deyən senator bu məsələdə daha çox əməkdaşlığa ehtiyac olduğunu ifadə edib.

Ukrayna böhranı Azərbaycanın əhəmiyyətini artırdı

Azərbaycan ilə ABŞ arasındakı dostluq bağlarını gücləndirən bu tədbiri təşkil edənlərə təşəkkür edən Respublikaçılar Partiyasının Virciniya ştatından olan senatoru Mark Varner “Videonu izləyəndə (Azərbaycanın təqdimat videosu) bir çox dəyərlərimizin eyni olduğunu gördüm” deyib: “Kimlərsə bunları siyasi baxımdan qiymətləndirə bilər. Ancaq açıq şəkildə ifadə edirəm ki, burada olmaqdan qürur duyuram”.

Azərbaycanın 10 milyon əhalisi ilə çox kritik bir bölgədə yerləşdiyinə diqqət çəkən senator Varner qeyd edib ki, “soyuq müharibə”dən sonra Azərbaycan iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkələrin başında gəlir. O, Rusiyanın bölgədə atdığı son addımlardan sonra Azərbaycanla olan əlaqələrin əhəmiyyətinin daha da artdığını deyib. M.Varner bildirib ki, Rusiyanın təsirini azaltmaq mümkün olmasa, Moskvanın təbii qaz və neft sayəsində Avropa üzərindəki təsiri də artacaq.

45 milyard dollarlıq “TANAP” layihəsi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov çətin bir dövrdə müttəfiqlərlə bir yerdə olmasının böyük əhəmiyyət daşıdığını deyib. O, iki il əvvəl keçirilən ABŞ-Azərbaycan Konqresində Bakıdan Avropaya təbii qaz nəqli barədə söz verdiklərini xatırladıb. Bir əsr əvvəl dünya neft hasilatının yarısının Azərbaycan ilə ABŞ-ın payına düşdüyünü ifadə edən E.Nəsirov iki ölkənin müttəfiq olduğunu və bundan qürur hissi keçirdiklərini söyləyib.

Trans-Anadolu təbii qaz boru xətti layihəsindən (“TANAP”) danışan E.Nəsirov Azərbaycan qazının bir neçə il ərzində Avropada olacağını söyləyib: “Plana görə, 5 il ərzində 3500 kilometr boru xəttinin inşa edilməsi nəzərdə tutulur. Layihəyə 45 milyard dollar xərclənəcək və boru kəməri 7 ölkədən keçəcək”.

Texas ştatından olan respublikaçı senator Steve Stokman Azərbaycan ilə ABŞ arasındakı dostluğun uzun illər davam etməsini arzuladığını söylədi. Stokman “ABŞ təhlükəli bölgələrdə yerləşən dostların yanında dayanmalıdır. Azərbaycan da bizim dostumuzdur” deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm