Kreml: “Ukraynadakı böhranı ABŞ idarə edir”
Bizi izləyin

Dünya

Kreml: “Ukraynadakı böhranı ABŞ idarə edir”

Kreml: “Ukraynadakı böhranı ABŞ idarə edir”

Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranına görə Vaşinqtonu yenidən ittiham edib.

Publika.az – ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, prezident Ukrayna böhranının ABŞ tərəfindən idarə edildiyini deyib.

“ABŞ-ın Ukrayna böhranının həll prosesində sərgilədiyi davranış böhranın yarandığından bu yana ABŞ tərəfindən idarə edildiyini göstərir. Ancaq lap əvvəldən kögədə qalmağı seçdilər”, - Rusiya prezidenti deyib.

V.Putin hər şeyin Kiyevin Ukraynanın maraqlarına uyğun olmayan razılaşmalara qarşı çıxmasından sonra başlandığını qeyd edib: “Ukrayna hökuməti bu razılaşmalara qarşı çıxdı. Ancaq daha sonra hər kəsin də bildiyi kimi, Qərb başqa bir ssenarini ortaya atdı. Əli silahlı bəzi qruplar hökuməti ələ keçirdi. Lakin kimsə bunun hansı nəticələr doğuracağını düşünmədi”.

Rusiya dövlət başçısı Ukrayna xalqının böyük əksəriyyətinin Qərbin bu hərəkətlərinə qarşı olduğunu ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm