Ölüm cəzası uğursuzluqla bitdi - Foto
Bizi izləyin

Dünya

Ölüm cəzası uğursuzluqla bitdi - Foto

Ölüm cəzası uğursuzluqla bitdi-Foto

Xarici mətbuatdan aldığımız məlumata görə, ABŞ-ın Oklahoma ştatında həyata keçirlimiş ölüm cəzası çox ağır fəsadlarla bitib. Belə ki, ölümcül iynədən sonra 38 yaşlı Kleyton Lokett dərhal ölməli idi, lakin o, düz 40 dəqiqə əzab-əziyyətdən sonra keçinib.

Bildirilir ki, məhbusa ölüm cəzası qismində ilk iynə saat 18:23 radələrində vurulub, lakin o, saat 18:37-də tərpənib və getdikcə huşu özünə gəlməyə başlayıb. Bundan sonra, həbsxana sədri ölüm cəzasını dayandırmağı tapşırıb. Bir müddətdən sonra isə həbsxana müdiriyyəti hər üç iynənin ona vurulması nəticəsində saat 7:03-də öldüyünü elan edib.

Yerinə yetirilən ölüm cəzasının uğursuz baş vermə səbəbləri hələ ki, məlum deyil. Hesab olunur ki, məhkumun ölümcül maddənin daxil olduğu qan damarları kəsildiyi üçün o, həmin an ölməyib və uzun çəkən əzablı ağrılardan sonra ölüb.

Uğursuz ölüm cəzasından sonra həmin günü ölümə məhkum olunmuş Çarlz Uornerin ölüm cəzası 2 həftəlik təxirə salınıb.

Lokett 1999-cu ildə 19 yaşlı qızı güllələyib onun diri-diri basdırılmasında iştirak etdiyi üçün həbs edilib. Uorner isə 1997-ci ildə azyaşlını zorlayıb və qətlə yetirib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm