Krım tatarlarının yeni köçü başlayıb
Bizi izləyin

Dünya

Krım tatarlarının yeni köçü başlayıb

Krım tatarlarının yeni köçü başlayıb

Krım tatarlarının lideri, Ukrayna Ali Radasının deputatı Mustafa Cəmilov Krım tatarlarının Rusiya vətəndaşı olmağa məcbur edildiyini söyləyib.

Publika.az – ın verdiyi xəbərə görə, “Anadolu” xəbər agentliyinin əməkdaşı ilə Berlində görüşən M.Cəmilov Krımda çox böyük problemlərin olduğunu ifadə edib.

O, ən böyük problemin isə Krım tatarlarının Rusiya vətəndaşı olmağa məcbur edilməsinin olduğunu deyib: “Amma bunu etmək istəyən Krım tatalarının sayı çox deyil. Rusiya vətəndaşlığını qəbul etməyənlər öz vətənlərində xarici sayılacaq. İş və seçim haqqı olmayacaq. Biz Rusiyanın nə olduğunu bilirik, Rusiyanın suverenliyi altında olmaq istəmirik. Lakin Rusiya kimi böyük bir ölkə ilə də mübarizə apara bilmirik. Bəziləri “rus pasportu almağa məcburuq” deyir, bəziləri isə “bunlar işğalçıdır, bunlar düşməndir” deyərək rus pasportunu almaqdan imtina edirlər”.

Krım tatarlarının lideri Ukraynanın demokratiyasında bir çox problemin olduğunu, amma Ukrayna demokratiyasının Rusiya ilə müqayisə edilə bilmədiyini ifadə edib: “Ona görə də yenidən bir avtoritar, totalitar ölkəyə alışmaq insanlarımız üçün çətin olacaq. İşğalın uzun müddət davam etməyəcəyinə ümid edirik”.

Rusiyanı istəyən Krım tatarlarının barmaqla sayılacaq qədər olduğunu söyləyən M.Cəmilov qeyd edib ki, onların təxminən 99 faizi rus işğalını qəbul etmir. O, Krım tatarlarından bəzilərinin Krımı tərk etdiyini deyib: “İnsanlarımızın bəziləri Krımı tərk etməyə başlayıb. Məlumata görə, 5 minə yaxın Krım tatarı Ukraynanın digər bölgələrinə köçüb. Onlar üçün çətin olacaq, amma rus işğalı altında yaşamaq istəmirlər. Bu xalqımız üçün bir faciədir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm