"Alfa” xüsusi təyinatlıları Kiyevin əmrlərini yerinə yetirməkdən imtina edib
Bizi izləyin

Dünya

"Alfa” xüsusi təyinatlıları Kiyevin əmrlərini yerinə yetirməkdən imtina edib

"Alfa” xüsusi təyinatlıları Kiyevin əmrlərini yerinə yetirməkdən imtina edib

Ukrayna Təhlükəsizlik Xidmətinin "Alfa" xüsusi təyinatlı dəstəsinin bütün rəhbərliyi işindən uzaqlaşdırılıb.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, buna səbəb ölkənin şərqində terrorçuluğa qarşı mübarizə əməliyyatında verilən əmrləri yerinə yetirilməməsi olub.

Bu barədə açıqlama verən Ukrayna Prezident Administrasiyasının başçısı Sergey Paşinski "Alfa" xüsusi təyinatlı dəstəsinin komandirləri barəsində Baş Prokurorluq tərəfindən cinayət işinin qaldırıldığını bildirib. O, həmçinin Daxili İşlər Nazirliyinin Luqansk vilayəti Baş İdarəsinin rəhbərliyi barəsində xidməti araşdırmanın aparıldığını deyib.

Ukrayna Prezident Administrasiyasının başçısı Donetks və Luqansk vilayətlərindən başqa bütün vilayətlərdə vəziyyətin tam nəzarətdə olduğunu ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm