10 ildə 30 min intihar - STATİSTİKA
Bizi izləyin

Dünya

10 ildə 30 min intihar - STATİSTİKA

Azərbaycanda olduğu kimi dünyada da intihar edən insanların sayı xeyli artıb

Azərbaycanda olduğu kimi dünyada da intihar edən insanların sayı xeyli artıb. Artıq 2014-cü ilin ilk 21 günündə hər gün ölkəmizdə ən azı bir şəxsin intihar etməsi barədə mətbuatda məlumat yayılır. Türkiyənin Adnan Menderes Üniversitesinin professor, intihar faktlarını araşdıran mütəxəssis Mehmet Eskin ölkəsində və dünyada yaşanan intihar hallarını araşdırıb.

Onun “İntihar” adlı əsərində bildirilir ki, Türkiyədə 2003-2012-ci illərdə intihar edənlərin sayı 30 min olub. Bu daha çox İzmir, Uşak, Kastamonu, Iğdır, Aydın, Muş, Ədirnə, Ardahan, Çorum və Bingöl bölgələrində yayılıb. İntihar edənlər niyə bu yolu seçilər – İntiharlar etməyin əsl səbəblərindən biri insanların gələcəyə ümidsiz baxması və uşaq yaşlarında aldıqları travmalardır.

İnsanlar intihar etməklə problemlərinin həll olunacağını düşünülər. Daha çox 15-19 yaş qrupu arasında olan qızlar intihara əl atırlar. Qızların daha çox intihara cəhd etməsinin səbəbi sevgilərinin qarşılıqlı olmaması və sevdikləri insanlarla evlənməmələridir.

Dünyada intihar – Dünya ölkələri arasında ən çox intihar halları Finlandiya və Macarıstanda qeydə alınır. Son vaxtlarda isə Baltikyanı ölkələr, Rusiya, Cənubi Koreuya və Çində də intihar geniş yayılıb./azvision.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm