Skinxedlər Ukraynada separatçı qruplar yaradır
Bizi izləyin

Dünya

Skinxedlər Ukraynada separatçı qruplar yaradır

Skinxedlər Ukraynada separatçı qruplar yaradır

Ukrayna sərhədçiləri Luqansk vilayətində üstündə antiukrayna təşviqat vərəqələri olan Rusiya vətəndaşını saxlayıb.

Publika.az – ın “RBK-Ukrayna” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs “Slavyanlar” adlanan neonasist sxinxed qruplaşmasının üzvüdür.

Rusiya vətəndaşından antiukrayna təşviqat vərəqələrindən başqa metal zəncir də götürülüb. Araşdırmalardan sonra məlum olub ki, 22 yaşlı rusiyalıya Ukraynada qalmaq üçün verilən müddət başa çatıb. Onun narkotik vasitələrin satışı və daşınmasına görə Ukraynada axtarışda olduğu bildirilir.

Saxlanılan şəxsin sözlərinə görə, Luqansk vilayətində separatizm tədbirlərində iştirak edəcək qrupa yeni üzvlərin cəlb edilməsi ilə məşğul olmalı idi.

Ukrayna Dövlət Sərhəd Xidmətinin digər bir məlumatında deyilir ki, qurum əməkdaşları sərhəddə Ukraynaya keçmək istəyən iki rus və bir belorusu saxlayıb. Onlardan hərbi geyimlər, kompas, qumbaralar və hərbi ləvazimat sayıla biləcək digər əşyalar götürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm