• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Müftiyə sui-qəsd edənlər öldürüldü

  • Dünya
  • 1 May 2014 15:12
  • 306 Baxış
Müftiyə sui-qəsd edənlər öldürüldü

Tatarıstanın keçmiş baş müftisi İldus Fayzova qarşı sui-qəsd törədən terrorçular öldürülüb.

Publika.az – ın verdiyi xəbərə görə, İTAR-TASS xəbər agentliyinə bu barədə Terrorçuluğa qarşı Milli Komitənin informasiya mərkəzindən bildirilib.

Məlumata görə, terrorçular Tatarıstan müftiliyi tədris bölməsinin başçısının qətlində də şübhəli bilinir.

Xatırladaq ki, Tatarıstanın baş müftisinə qarşı sui-qəsd 2012-ci ilin iyul ayında törədilmişdi. Naməlum şəxslər Kazan şəhərində müftinin xidməti avtomobilini partlatmış, mufti isə partlayışdan yaralı olaraq xilas ola bilmişdi. Bundan 1 saat öncə isə müftinin müavini Vəlilulla Yakupov evinin girişində güllələnərək öldürülmüşdü.

İ.Fayzova sonradan sağlamlıq vəziyyətinə görə istefa verib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR