Milisə daha uzaqdan daş ata bilməyəcəklər
Bizi izləyin

Dünya

Milisə daha uzaqdan daş ata bilməyəcəklər

Ukrayna milisi nümayiş iştirakçılarının quraşdırdığı katapultaları(mancanaqları) dağıdıb.

Publika.Az –ın məlumatına görə, bu barədə “unian.net” saytı yazıb.Nümayiş iştirakçılarının dünən axşam quraşdırdığı katapultalardan milis və “Berkut” xüsusi təyinatlıların üzərinə daş atmaq üçün istifadə olunurdu. Katapultalar həm də Hökumət Evinə gedən yolda yerləşirdi.

Katapultaların dağıdılmasından sonra milisin geri çəkildiyi bildirilir. “Eyni zamanda nümayişçilər milisin üzərinə yandırıcı əşyalar və butulkalar atmaqda davam edir. Vəziyyət gərgin olaraq qalır”, - xəbərdə bildirilir.

“Facebook” istifadəçiləri isə Hökumət Evinə tərəf milislərin olduğu daha 6 avtobusun gətirildiyini bildirir.

Ömər Dağlı

Arayış : Mancanaq(katapulta)

Mancanaq — Orta Əsrlərdə şəhərlərin mühasirəsində istifadə edilən ağır daşlar atan hərbi texnika. Müharibələrdə mühasirəyə qlınməş qalaıların divarlarını dağıtmaqdan ötrü mancanaq vasitəsilə daş, yanar maye ilə dolu çəlləklər və s. atarmışlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm