• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Dağlıq Qarabağda status - kvonu dəyişdirmək üçün heç bir səbəb yoxdur”- Avropadan baxış

  • Dünya
  • 1 May 2014 17:51
  • 624 Baxış
“Dağlıq Qarabağda status - kvonu dəyişdirmək üçün heç bir səbəb yoxdur”- Avropadan baxış

Avropa Siyasəti Brüssel Mərkəzinin analitiki, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının eksperti Amanda Pol erməni mətbuatına müsahibə verib.

Publika.az – ın verdiyi xəbərə görə, analitik Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın 24 Aprel tarixi öncəsi erməni iddiaları barədə verdiyi bəyanat, Ermənistanın “Şərq tərəfdaşlığı” proqramında iştirakı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandırıb.

O, Ərdoğanın 1915-ci il hadisələrində həyatını itirən ermənilərin nəvələrinə başsağlığı verməsini cəsarətli addım adlandırıb. O, həmçinin qeyd edib ki, bu, Türkiyənin “erməni soyqırımı”nın tanınmasına yaxınlaşdığını göstərmir. “Eyni zamanda, sirr deyil ki, Türkiyə ermənilərin mövqeyini yumşaltmağa çalışır. Bundan başqa, bəyanat beynəlxalq platformada Türkiyənin aşağı düşən reytinqinin bərpası üçün cəhd də hesab edilə bilər”, - A.Pol deyib.

Erməni jurnalistin “Ermənistan mürəkkəb geosiyasi reallıqlar şəraitində öz xarici siyasətini aparır. Ermənistan-Türkiyə sərhədinin bağlı olması və Dağlıq Qarabağ münaqişəsi Ermənistanı Rusiyadan asılı hala salır. Bu isə Avropada Ermənistanın etibarsız partnyor təəssüratını yaradır, amma Ermənistan Avropa Birliyi ilə siyasi əməkdaşlığını davam etmək istəyir. Əgər Avropa Birliyi “Şərq Tərəfdağlığı” ölkələrinə təhlükəsizlik zəmanəti vermirsə, Ermənistan üçün ən yaxşı siyasi status hansıdır” sualına aşağı şəkildə cavab verib:

“Avropa Birliyi hər hansı bir ölkəyə təhlükəsizlik zəmanəti verə bilmir. Bu Rusiya-Ukrayna böhranında da özünü göstərdi. Böhran göstərdi ki, təhlükəsizlik planında Avropa Birliyi ölkələri NATO-dan asılıdır. Ermənistanın rəhbərliyi öz seçimini edərək Gömrük Şurasını seçib. Bu isə Rusiyaya gələcəkdə Ermənistanın immunitetini pozmağa imkan verəcək. Ermənistan Avropa Birliyi ilə münasibətlərə cəhd edir, çünki Avropa Birliyinin maliyyə dəstəyinə ehtiyac duyur. İrəvan iddia edir ki, islahatların həyata keçirilməsinə sadiq qalır. Avropa Birliyinin proqramlarında iştirak isə hər hansı üsulla xarici siyasəti tənzimləməyə kömək etməyəcək. Bir halda ki, bu tarazlıq artıq Rusiya tərəfindən pozulub. Ermənistanın Gömrük Şurasına girişindən sonra tarazlığın pozulması özünü daha çox göstərəcək”.

A.Pol Qərb-Rusiya qarşıdurması fonunda Dnestryanı və Dağlıq Qarabağ kimi ərazilərdə vəziyyətin kəskinləşməsi ehtimalına da toxunub. Analitik Rusiyanın növbəti hədəfinin Dağlıq Qarabağ ola biləcəyi barədə Vladimir Jirinovskinin bəyanatına da münasibət bildirib: “Dağlıq Qarabağın zorakı şəkildə Rusiyaya birləşməsi ehtimalının sıfra bərabər olduğunu düşünürəm. Krımın birləşməsinə gəlincə, səbəb rusdilli əhalinin təhlükəsizliyinin müdafiəsi olaraq göstərildi. Hərçənd biz bilirik ki, bu yalnız mətnaltı idi. Dağlıq Qarabağda isə rus azlığı yoxdur. İkincisi, bu münaqişədə Rusiya çox gözəl alətdir. Rusiya hələ ki Azərbaycan və Ermənistanda öz maraqlarının təmin olunması üçün Dağlıq Qarabağ münaqişəsindən alət kimi istifadə edə bilər. Buna görə də status-kvonu dəyişdirmək üçün heç bir səbəb yoxdur”.

Ukrayna hadisələrinə Qərbin reaksiyasından danışan xanım Pol bildirib ki, Qərbin sanksiyaları vəziyyətə tamamilə adekvat deyil. “Rusiyanın təcrid edilməsi ilə bağlı bəyanatlardan başqa heç bir hərəkətin şahidi olmadıq. Beynəlxalq cəmiyyətin reaksiyası o qədər uğursuz idi ki, Rusiya prezidenti Vladimir Putinə heç bir təsir etmədi. Təcili olaraq iqtisadi sanksiyaların tətbiqinə ehtiyac var, neftin qiymətinə təsir edə biləcək tədbirlər görmək lazımdır”, - Avropa Siyasəti Brüssel Mərkəzinin analitiki söyləyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR