• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Təyyarə qəzasında 75 nəfər öldü - FOTO/VİDEO (YENİLƏNİR)

  • Dünya
  • Xəbərin vaxtı: 29 Noyabr 2016 10:26    Yeniləndi: 29 Noyabr 2016 13:38
  • 1 044 Baxış
Təyyarə qəzasında 75 nəfər öldü - FOTO/VİDEO

Səlahiyyətlilər təyyarədə olan 81 nəfərdən 76-nin öldüyünü açıqlayıb.

***

Qəzanın səbəbi hələlik bəlli deyil.

Qəzanın mümkün səbəbləri arasında təbii amillər də var. Hadisə baş verən zaman Kolumbiyada güclü yağışın yağdığı və şimşək çaxdığı deyilir.

Daha bir versiya isə təyyarənin yanacağının qurtarmasıdır. Qəza yerinin yaxınlığında yerləşən La Ceja qəsəbəsinin bələdiyyə başçısı Elkin Ospina bildirib ki, təyyarənin yanacağının bitməsi ehtimalı yüksəkdir.

***

Kolumbiyada təyyarə qəzasında ən azı 13 nəfər sağ qalıb.

Bu haqda “Twitter” hesabında “360 Radio Colombia” radiostansiyası bildirib.

Xilasedicilərin məlumatına görə, 27 nəfərin cəsədi tapılıb.

***

Kolumbiyanın "mioriente.com" portalı ən azı on nəfərin qəzadan sağ çıxdığını xəbər verib. Sağ qalanların axtarışları davam edir.

***

Son məlumatlara görə, baş verən qəzadan 6 nəfər xilas ola bilib. Ən azı 10 nəfər isə hadisə yerindən xəstəxanalara aparılıb.

***

Təyyarənin düşmə və partlayış anının görüntüləri yayılıb.

***

Kolumbiyanın Xose Mariya Kordova aeroportunun administrasiyasından bildiriblər ki, qəza yerinə giriş iqlim şərtlərinə görə məhdudlaşdırılıb.

İlkin məlumatlara görə, bir neçə nəfər xilas ola bilib.

***

Braziliyadan olan futbolçuları aparan “LAMIA” hava yolları şirkətinə məxsus “RJ85” tipli sərnişin təyyarəsi Kolumbiya səmasında qəzaya uğrayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qəza zamanı təyyarənin göyərtəsində 72 sərnişin və 9 nəfər ekipaj üzvü olub.

Təyyarə Boliviyadan Kolumbiyaya futbolçuları aparırmış. Çarter reysi ilə uçan təyyarədəki futbolçular Braziliyanın “Chapecoense” klubunun üzvləri olub. Onlar noyabrın 29-da Cənubi Amerika Kuboku uğrunda Kolumbiyanın “Atletico Nacional” klubu ilə oyun keçirəcəklərdi. Qəza nəticəsində təyyarədə olanların sağ qalıb-qalmaması ilə hələlik heç bir məlumat yoxdur.

Xatırladaq ki, “LAMIA” hava yolları şirkəti Venesuela dövlətinə məxsusdur.

Vasif Həsənli

Ömər Dağlı

Səlahiyyətlilər təyyarədə olan 81 nəfərdən 76-nın öldüyünü açıqlayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR