• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Prezidentin impiçment məsələsi səsverməyə çıxarılacaq

  • Dünya
  • 29 Noyabr 2016 12:58
  • 224 Baxış
Prezidentin impiçment məsələsi səsverməyə çıxarılacaq

Cənubi Koreya parlamenti dekabrın 2-də prezident Pak Kın Xenin impiçmenti məsələsi üzrə səsvermə keçirilə bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreyanın üç müxalifət partiyası prezidentin impiçmenti üzrə səsverməni keçirmək niyyətindədir.

“Biz bu həftə impiçment prosedurunu başa çatdırmağa çalışacağıq”, - deyə Demokrat Partiyasının lideri bildirib.

Bu qərarla Xalq və Həmrəylik partiyalarının liderləri də həmrəylik ifadə ediblər. Xalq Partiyasının başçısı bildirib ki, müxalifət impiçmentin dekabrın 2-də keçirilməsi barədə razılaşıb.

Qeyd edək ki, bir müddət öncə Cənubi Koreya prezidentinin keçmiş müşaviri An Çan Pom tutulub. Onun adı prezidentin rəfiqəsi ilə bağlı rüşvət qalmaqalında hallanır. Rəfiqəsi Çxve Sun Sil prezidentin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir. Dövlət başçısının rəfiqəsini ölkədən qaçmaması üçün həbs ediblər.

***

Cənubi Koreya prezidenti Pak Kın Xe korrupsiya qalmaqalı ilə bağlı ölkə vətəndaşlarından üzr istəyib və istefa verməyə hazır olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bunu televiziya vasitəsi ilə Cənubi Koreya əhalisinə müraciətində bəyan edib.

“Xalq qarşısında səmimi olmadığıma görə bir daha üzr istəyirəm”, - deyə prezident vurğulayıb.

Pak Kın Xe deyib ki, dövlət başçısı kimi gələcək taleyi ilə bağlı qərar verməyi parlamentin ixtiyarına buraxıb: “Prezidentliyimin müddətinin ixtisar edilməsi də daxil olmaqla, dövlət başçısı kimi taleyimlə bağlı məsələni parlamentin həll etməsini təklif edirəm”.

Qeyd edək ki, bir müddət öncə Cənubi Koreya prezidentinin keçmiş müşaviri An Çan Pom tutulub. Onun adı prezidentin rəfiqəsi ilə bağlı rüşvət qalmaqalında hallanır. Rəfiqəsi Çxve Sun Sil prezidentin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir. Dövlət başçısının rəfiqəsini ölkədən qaçmaması üçün həbs ediblər.

Prokuror hesab edir ki, An Çon Pom vəzifə səlahiyyətlərini aşaraq, iş adamlarını müxtəlif qeyri-hökumət təşkilatlarına ianə verməyə məcbur edib. Prokuror bildirib ki, onlar Cənubi Koreyanın 50-dən artıq şirkətini on milyonlarla dollar məbləğində ianə köçürməyə məcbur ediblər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR