• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Təyyarə qəzası ilə əlaqədar üçgünlük matəm elan edildi

  • Dünya
  • 29 Noyabr 2016 17:09
  • 156 Baxış
Təyyarə qəzası ilə əlaqədar üçgünlük matəm elan edildi

Braziliya prezidenti Mişel Temer təyyarə qəzası ilə əlaqədar ölkədə üçgünlük matəmi elan edib.

Publika.az xəbər verir ki, bu haqda dövlət başçısının “Twitter”dəki mikrobloqunda deyilir.

Prezident həmçinin aviaqəzada ölənlərin yaxınlarına başsağlığı verib. O bildirib ki, Braziliya Xarici İşlər Nazirliyi və hərbi hava gücləri həlak olanların qohumlarına kömək edəcək.

Qeyd edək ki, Braziliyadan olan futbolçuları aparan “LAMIA” hava yolları şirkətinə məxsus “RJ85” tipli sərnişin təyyarəsi Kolumbiya səmasında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 72 sərnişin və 9 nəfər ekipaj üzvü olub. Onlardan 75 nəfəri həlak olub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR