Poroşenko: “Rusiya ilə müharibə daha qorxunc idi”
Bizi izləyin

Dünya

Poroşenko: “Rusiya ilə müharibə daha qorxunc idi”

Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 faizində əlillik yaranır.

“Çernobıl Atom Elektrik Stansiyasındakı qəza Rusiya ilə müharibədən daha az qorxunc idi”.

Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Çernobıl Atom Elektrik Stansiyasının dördüncü enerji blokunun üzərində yeni qoruyucu qövsün tikintisinin tamamlanması münasibəti ilə keçirilən təntənəli mərasimdə deyib.

“Heç kəs təsəvvür edə bilməzdi ki, Çernobıl sınağı Ukraynanın yaşayacağı ən qorxunc sınaq olmayacaq”, - deyə Poroşenko bildirib.

Qeyd edək ki, Çernobıl Atom Elektrik Stansiyasında qəza bəşəriyyətin tarixində ən böyük texnogen qəzalarından biridir. 1986-cı il aprelin 26-da stansiyanın dördüncü enerji blokunda partlayış baş verib. Hadisə zamanı 7 minə yaxın insan həlak olub, 25 min insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 faizində əlillik yaranır.

Atom Elektrik Stansiyasının ətrafında təhlükəsizlik zonası yaradılıb. Bunun üçün iki şəhər - Pripyat və Çernobıl, həmçinin 74 kənd təxliyyə olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm