İŞİD Universitetə hücumu üzərinə götürdü - - VİDEO
Bizi izləyin

Dünya

İŞİD Universitetə hücumu üzərinə götürdü - - VİDEO

İŞİD terror təşkilatı ötən gün ABŞ-ın Ohayo Universitetinə edilən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Report xəbər verir ki, bu barədə terrorçularla əlaqəli olan "Amaq" saytına istinadən AFP məlumat yayıb.

Məlumata görə, hücum edən İŞİD-in "əsgərlərindən biri" olub. Hücum terrorçuların "beynəlxalq koalisiyaya daxil olan ölkələrin sakinlərinə hücum edin!" çağırışına cavab olaraq edilib. Hücum edən şəxs universitetin Somali əsilli tələbələrindən biri olub.

İnsident nəticəsində 8 nəfər xəsarət alıb. O, asayiş keşikçiləri tərəfindən öldürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm