Ata müsəlman olan qızını öldürdü
Bizi izləyin

Dünya

Ata müsəlman olan qızını öldürdü

Ata müsəlman olan qızını öldürdü

İordaniyada xristian bir ata müsəlman qızını öldürüb.

ANS PRESS-in xəbərinə görə, İordaniyada Xristian bir ata qıznın islamla əlaqədar təşkil edilən konfransda iştirak etdikdən sonra müsəlman olmağını ölümlə cəzalandırıb. Qızının islam dinini qəbul etməyə qərar verməsi atanı özündən çıxarıb və əsəbiləşən ata qızının başına daşla vuraraq onu öldürüb.

Ölən qızın iştirak etdiyi konfrans İordaniya Universitetində keçirilib.

Hadisəyə qəzəblənən başqa bir qrup isə Aclun şəhərindəki kilsəyə basqın etməyə çalışıblar. Xristian qızın atası tərəfindən öldürülməsinə etiraz edən və kilsəyə girməyə çalışan fəallar təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

İordaniyanın aidiyyəti orqanları isə mövzu ilə bağlı hələ rəsmi bir açıqlama verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm