“Hababam Sınıfı”nın Mahmud hocası ölməyib (YENİLƏNİB)
Bizi izləyin

Dünya

“Hababam Sınıfı”nın Mahmud hocası ölməyib (YENİLƏNİB)

“Hababam Sınıfı”nın Mahmud hocası öldü


Türkiyənin məşhur "Yeşilçam" kino studiyasının əfsanə aktyorlarından olan Münir Özkul Əhanın dünyasını dəyişdiyi haqda xəbərin yalan olduğu ortaya çıxdı.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktyorun qızı Güner Özkul atasının öldüyü ilə bağlı xəbərlərə “Twitter”dən münasibət bildirib.

“Əgər yorulmadan hər gün “Münir Özkul öldü” kimi xəbərləri versəniz, bir gün həmin xəbər doğru olacaq. Çünki hər kəs bir gün öləcək. Siz belə... Amma atam hələ ölmədi, yaşayır. Sizin xəbərinizə rəğmən, sizə inad yaşayır”.

Qeyd edək ki, Türkiyənin ən çox baxılan filmlərindən olan "Hababam Sınıfı" filmində unudulmaz obraz yaratmış aktyor Münil Özkul filmdə Mahmut hoca rolunu canlandırıb və həmin rolla xatirələrdə iz qoyub.

10:02

Türkiyənin məşhur "Yeşilçam" kino studiyasının əfsanə aktyorlarından olan Münir Özkul Əhya gecəsi həyata gözlərini yumub.

Anspress-in xəbərinə görə, Türkiyənin ən çox baxılan filmlərindən olan "Hababam Sınıfı" filmində unudulmaz obraz yaratmış aktyor Münil Özkul bu gecə dünyasını dəyişib. O həmin filmdə Mahmut hoca rolunu canlandırıb və həmin rolla xatirələrdə iz qoyub.

88 yaşlı Özkul uzun müddət yatağından ayağa qalxa bilmirdi. Hətta ölmədən əvvəl də onun ölümü ilə bağlı bir çox xəbərlər yayılmış və ailəsi ilə birlikdə sevənlərini də kədərləndirmişdi.

O, 1925-ci il avqustun 15-də İstanbulda düyaya göz açıb. Aktyor türk teatrı və kino tarixində ölməz obrazlar yaradıb.

Həyatı boyu 400-dən çox filmə çəkilmiş aktyorun kinolarda səsləndirdiyi replikalar bu gün Anadolu sakinlərinin dilindədir.

Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm