Dünyanı zəlzələlər bürüdü
Bizi izləyin

Dünya

Dünyanı zəlzələlər bürüdü

Ölən və itkin düşən var

Polşanın qərbində Rudna şaxtasında 4.5 bal gücündə zəlzələ baş verib.

"RİA Novosti"-nin verdiyi məlumata görə, zəlzələ nəticəsində 1 nəfər ölüb, 8 nəfər itkin düşüb.

Zəlzələ 2 kilometr dərinlikdə olub. Təbii fəlakət baş verən zaman şaxtada 16 nəfər olub.

Həmçinin, Misirin Sinay yarımadasında 4.7 bal gücündə zəlzələ baş verib.

Publika.az-ın verdiyi məlumata görə, yeraltı təkanların episentri Daxabadan 20 kilometr cənub-şərqdə olub. Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm