• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Obama arvadının prezidentliyə namizədliyindən danışdı

  • Dünya
  • 30 Noyabr 2016 11:58
  • 222 Baxış
Obama arvadının prezidentliyə namizədliyindən danışdı

“Mişel Obama heç vaxt ölkə prezidenti postuna namizədliyini irəli sürməyəcək”.

Publika.az xarici mediaya istinadən xəbər verir, bunu ABŞ prezidenti Barak Obama “Rolling Stone” jurnalına müsahibəsində dedi.

Ağ Evin başçısının fikrincə, Mişel Obama siyasətlə məşğul olmaq üçün çox ağıllıdır, amma Mişel heç vaxt dövlət başçısı postuna öz namizədliyini irəli çəkməyəcək.

O əlavə edib ki, xanımı istedadlı insandır və fikirləri amerikalılar üçün çox əhəmiyyətlidir.

Daha əvvəl sosial şəbəkələrin istifadəçiləri ölkənin birinci xanımını prezident postuna öz namizədliyini irəli sürməyə və ABŞ-ın ilk qadın prezidenti olmağa çağırıblar. “Gallup” sosioloji mərkəzinin son tədqiqatının nəticələrinə əsasən, amerikalıların 80 faizi Mişel Obamanın fəaliyyətini müsbət qiymətləndirir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR