• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kəşfiyyatdan İran və Rusiya XƏBƏRDARLIĞI: “Bu, fəlakətə yol açacaq!”

  • Dünya
  • 30 Noyabr 2016 12:58
  • 282 Baxış
Kəşfiyyatdan İran və Rusiya XƏBƏRDARLIĞI: “Bu, fəlakətə yol açacaq!”

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiya barədə verdiyi vədləri ilə ehtiyatlı olmalıdır.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu xəbərdarlıqla ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Brennan çıxış edib.

“Düşünürəm ki, prezident Tramp və yeni administrasiyası Rusiya barədə vədləri ilə ehtiyatlı olmalıdır”, - deyə o, bildirib.

Tramp öz müsahibələri və çıxışlarında dəfələrlə bildirib ki, ABŞ və Rusiya yola getsəydi, yaxşı olardı.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə çox yaxşı münasibətlərin olacağına ümid edir. Tramp həmçinin sanksiyaların ləğvi və Krımın tanınması məsələlərinə baxmağa hazır olduğunu bildirib.

Amma MKİ-nin başçısı yenidən söyləyib ki, Rusiya prezident seçkilərinin gedişatında edilən haker hücumlarına görə məsuliyyət daşıyır.

Brennan həmçinin İranla bağlanan nüvə razılaşması mövzusunda Trampa xəbərdarlıq edib. Onun sözlərinə görə, yeni administrasiyasının nüvə razılaşmasını ləğv etməsi fəlakətə yol aça bilər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR