Kreml Ərdoğandan izahat tələb etdi
Bizi izləyin

Dünya

Kreml Ərdoğandan izahat tələb etdi

Kremldə ümid edirlər ki, Ankara bu barədə izahat verəcək.

“Suriya prezidenti Bəşər Əsədin devrilməsi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatı Moskvanın mövqeyi ilə uyğun gəlmir”.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Bu, çox ciddi bəyanatdır. Kremldə ümid edirlər ki, Ankara bu barədə izahat verəcək”, - Dmitri Peskov deyib.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Moskva Suriya məsələsində Türkiyə ilə əldə edilən razılaşmalara istinad edir. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib ki, Ərdoğanın Suriya prezidenti haqqında sözləri Rusiya və Türkiyənin xarici siyasət idarələrinin başçıları - Sergey Lavrov və Mövlud Çavuşoğlunun görüşündə müzakirə olunacaq. Nazirlərin görüşü dekabrın 1-də Antalyada keçiriləcək.

Xatırladaq ki, dünən Türkiyə prezidenti Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatın hədəfinin Əsədin devrilməsi olduğunu söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm