Putin rüşvətxor naziri yenisi ilə əvəzlədi
Bizi izləyin

Dünya

Putin rüşvətxor naziri yenisi ilə əvəzlədi

Rusiya prezidenti Vladimir Putin Maksim Oreşkini iqtisadi inkişaf naziri təyin edib.

Rusiya prezidenti Vladimir Putin Maksim Oreşkini iqtisadi inkişaf naziri təyin edib.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, Maksim Oreşkin maliyyə nazirinin müavini postunu tuturdu.

“Maksim Stanislav, müvəffəqiyyətlə işləyirsiniz. Mən sizə iqtisadi inkişaf naziri vəzifəsini təklif etmək istəyirəm”, - Putin Oreşkinə müraciət edərək deyib.

“Mən razıyam”, - Oreşkin cavab verib.

Xatırladaq ki, keçmiş iqtisadiyyat naziri Aleksey Ulyukayev noyabrın 14-də saxlanılıb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, A.Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə, 2 milyon dollar məbləğində rüşvət alıb. Bir gün sonra Aleksey Ulyukayev məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm