Putin və Ərdoğan telefon söhbətində nədən danışdı?
Bizi izləyin

Dünya

Putin və Ərdoğan telefon söhbətində nədən danışdı?

Dünən Ərdoğan Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatın hədəfinin Əsədin devrilməsi olduğunu söyləyib.

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin saytında bildirilir.

Telefon söhbətinin gedişatında Suriyada, həmçinin Hələb ətrafındakı vəziyyət müzakirə edilib, ətraflı fikir mübadiləsi aparılıb.

Rusiya KİV-i Kremlin mətbuat xidməti Dmitri Peskovdan Türkiyə prezidentinin Suriya lideri Bəşər Əsədin devirilməsi haqqında mövqeyini izah edib-etmədiyini öyrənməyə çalışıb. Lakin Peskov bu sualı cavablandırmayıb.

Xatırladaq ki, dünən Ərdoğan Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatın hədəfinin Əsədin devrilməsi olduğunu söyləyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm