Lavrovun Türkiyədə dediyi sözlər səhv tərcümə olundu - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Lavrovun Türkiyədə dediyi sözlər səhv tərcümə olundu - (YENİLƏNDİ)

Bizim Rusiya Federasiyası olaraq bununla heç bir əlaqəmiz yoxdur.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Suriyada türk əsgərlərinin vurulması ilə bağlı sözləri səhv tərcümə olunub.

Publika.az
xəbər verir ki, Türkiyə mediası Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşən S. Lavrovun “Türk əsgərlərini Suriya ordusu vurdu” deyə bildirdiyi haqda məlumat yaymışdı.

Lakin Türkiyə XİN-dəki mənbələr Lavrovun belə demədiyini, sadəcə olaraq, “Suriyada türk əsgərlərinin vurulması ilə Rusiyanın heç bir əlaqəsi yoxdur” deyə qeyd etdiyini açıqlayıblar.

Lavrov belə deyib: “Əl-Bab hücumunu (türk əsgərlərinə hücum-red) nə Rusiya, nə də Suriya edib”.

***

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyada Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun 5-ci toplantısı çərçivəsində görüşüb.

Publika.az xəbər verir ki, Sergey Lavrov Suriyada türk əsgərlərinə hücumla bağlı danışıb.

“Bu, Suriya ordusunun hücumudur. Bizim Rusiya Federasiyası olaraq bununla heç bir əlaqəmiz yoxdur”, - deyə bildirib.

Qeyd edək ki, ötən həftə Suriyada türk əsgərlərinə havadan hücum oldi. Hücum nəticəsində 5 əsgər şəhid oldu, onlarla əsgər yaralandı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm