“Putin bununla Üçüncü dünya müharibəsinə başlayacaq” – ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

“Putin bununla Üçüncü dünya müharibəsinə başlayacaq” – ŞOK PROQNOZ

“Rusiya tərəfindən Ukraynaya raket zərbəsi endiriləcəyi halda Üçüncü dünya müharibəsi başlanacaq”.

“Rusiya tərəfindən Ukraynaya raket zərbəsi endiriləcəyi halda Üçüncü dünya müharibəsi başlanacaq”.

Publika.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Yuri Bereza “Ukrayna 112” telekanalına müsahibəsində deyib.

“Bu, (Rusiyanın Ukraynaya raket zərbəsi endirməsi – red.) artıq Üçüncü dünya müharibəsinin başlanğıcı olacaq. Bu halda Rusiya artıq özünü bütün beynəlxalq qanunlardan kənarda qoyacaq”, - deyə Ali Radanın milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü bildirib.

O, əlavə edib ki, Krım ətrafında yaranan vəziyyət NATO nümayəndələri ilə də müzakirə edilir.

Rusiya tərəfindən ilhaq edilən Krım ətrafında gərginlik son həddə çatıb. Kiyev Krım yarımadasına yaxın ərazilərdə raket təlimlərinin startını elan edib. Raket atışları Krımın hava məkanının ən azı 30 kilometrliyində keçirilir.

Ukraynanın elan etdiyi raket təlimləri ilə əlaqədar olaraq dünən Krımda Rusiyanın Hava Hücumundan Müdafiə qoşunları gücləndirilmiş iş rejiminə keçirilib. Krımın güc strukturlarındakı mənbə bildirib ki, Qara dəniz donanmasının gəmiləri yarımadanın qərb sahili yaxınlığında mövqe tutublar.

Rusiya prezidenti Vladimir Putin 55 min əsgərin Ukrayna sərhədinə göndərilməsi əmrini verib.Rusiya Ukraynanın Krım yaxınlığında raket təlimlərinə başlamasına cavab olaraq, sərhəddə böyük hərbi təlim keçirəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm