İtaliyada neft emalı zavodunda güclü partlayış - - VİDEO
Bizi izləyin

Dünya

İtaliyada neft emalı zavodunda güclü partlayış - - VİDEO

İtaliyanın Sannadzaro-de-Burqondi şəhərində yerləşən “Eni” neft-qaz şirkətinin neft emalı zavodunda güclü partlayış baş verib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayışdan sonra zavodun ərazisində bir neçə kilometr aralıdan müşahidə olunan güclü yanğın baş verib.

Yanğının söndürülməsinə onlarla yanğınsöndürən maşın cəlb edilib.

Hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilmir.

Partlayışın səbəbləri hələlik elan olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm