• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Model-pilotun faciədən əvvəlki SON SÖZLƏRİ – FOTO/VİDEO

  • Dünya
  • 2 Dekabr 2016 10:52
  • 427 Baxış
Model-pilotun faciədən əvvəlki SON SÖZLƏRİ –

Noyabrın 28-də Kolumbiyada qəzaya uğrayan “RJ85” tipli sərnişin təyyarəsinin pilotlarından biri də qadın olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, həmçinin model olan Sisitoy Arias internetə öz fotoları və videolarını paylaşmağı sevirdi.

İnternetdə olan videolardan birində pilot Kolumbiyaya uçuşdan əvvəl müsahibə verir. Məhz həmin uçuş faciə ilə bitib.

Təcrübəsiz pilot olan Arias üçün bu, ilk qeyri-məşq uçuşu idi. Qız videoda sevinclə bildirir ki, məşhur futbolçuların içində olmaqdan şaddır.

29 yaşlı Arias Kolumbiyada model işləyir, həmçinin idman yarışlarında çıxış edirdi.

Qeyd edək ki, Braziliyadan Kolumbiyaya uçan təyyarənin göyərtəsində 72 sərnişin və 9 nəfər ekipaj üzvü olub. Qəza nəticəsində 75 nəfər ölüb. Son məlumatlara görə, üç futbolçu, bort mühəndisi, stüardessa və jurnalist sağ qalıb. Faciənin səbəblərinin araşdırılması davam edir.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR