• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Türkiyə üçüncü dünya müharibəsinin qarşısını aldı – ŞOK İDDİA

  • Dünya
  • 2 Dekabr 2016 12:00
  • 1 855 Baxış
Türkiyə üçüncü dünya müharibəsinin qarşısını aldı – ŞOK İDDİA

“Türkiyə olmasa, müharibə qloballaşar və dünyanı təhdid edər”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Suriyanın müvəqqəti hökumətinin keçmiş baş naziri Əhməd Tuma deyib.

Əhməd Tuma Türkiyəyə yönələn tənqidlərin haqsız olduğunu dilə gətirib.

“Türkiyə Suriyanın ərazi bütövlüyünü təhdid etmir. Əksinə, ərazi bütövlüyümüzü mühafizə etməyə çalışır. Bölgədəki terrorizm ən çox Türkiyəni hədəf alıb. Türkiyənin buna səssiz qalması gözlənilə bilməz. Qərb terrorla mübarizədə gücsüzdür. Qərb yalnız qaçqınlara qapılarını bağlamadı, həm də bölgənin xalqlarını atəşin ortasına atdı”, - deyə o bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR