Türkmənistan pulsuz benzin verilişini dayandırır
Bizi izləyin

Dünya

Türkmənistan pulsuz benzin verilişini dayandırır

Türkmənistan pulsuz benzin verilişini dayandırır

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov iyulun birindən aylıq pulsuz benzin verilişinin dayandırılması ilə bağlı sərəncam imzalayıb.

AzVision.az-ın məlumatına görə, bu barədə Türkmənistan KİV-i xəbər verib.


Bu barədə prezident sərəncamı aprelin 29-da mətbuatda dərc edilib. Sərəncamda göstərilir ki, yeni qaydaların əsas hədəfi “milli iqtisadiyyatın artmasının saxlanılmasına və neft məhsullarının məqsədəuyğun şəkildə istifadə olunmasına nail olmaqdır”.

Qeyd edək ki, 2008-ci ildən etibarən Türkmənistanda hər bir avtomobil sürücüsü 120 litr pulsuz yanacaq almaq hüququna malik idi.

Hazırda Türkmənistanın 5,5 milyon əhalisi var. Su, elektrik və təbii qaz pulsuz olaraq ölkə vətəndaşlarına verilir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm