ABŞ-da meşə yanğınları - 13 ölü
Bizi izləyin

Dünya

ABŞ-da meşə yanğınları - 13 ölü

Bölgədə fövqəladə vəziyyət rejimi elan edilib.

ABŞ-ın Tenessi ştatında baş verən meşə yanğınları zamanı ölənlərin sayı 13 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 11 nəfərin öldüyü bildirilirdi.

Təbii fəlakət nəticəsində 1000-dək yaşayış evi məhv edilib, 14 min nəfər təxliyə olunub. Tennessi ştatının qubernatoru Bill Heslem bölgədə fövqəladə vəziyyət rejimi elan edib. Qeyd edək ki, son bir neçə həftə ərzində irimiqyaslı meşə yanğınları Tennessi, Corciya və Şimali Karolina ştatlarında tüğyan edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm