Kömür mədənində 21 nəfərin öldüyü təsdiqləndi
Bizi izləyin

Dünya

Kömür mədənində 21 nəfərin öldüyü təsdiqləndi

İnsident noyabrın 30-da Sitayxe şəhərində baş verib.

Çin hökuməti kömür mədənində baş vermiş qəza nəticəsində 21 nəfərin öldüyünü təsdiqləyib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, daha bir nəfər itkin düşmüş hesab olunur.

İnsident noyabrın 30-da Sitayxe şəhərində baş verib. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Çin mədənlərində təhlükəsizlik texnikasının qaydalarının pozulması hər il minlərlə fəhlənin ölümünə səbəb olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm