Lavrov: “Bu barədə heç kimlə razılaşmadıq”
Bizi izləyin

Dünya

Lavrov: “Bu barədə heç kimlə razılaşmadıq”

Sergey Lavrov bu fikirlərin qəbuledilməz olduğunu deyib.

Moskva Suriya lideri Bəşər Əsədə dəstəyini növbəti dəfə ifadə edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edən tərəflərin fikirlərinin qəbuledilməz olduğunu deyib.

“BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində Əsədin getməsinə dair heç bir şərt yoxdur. Biz heç kimlə belə bir razılaşma etmədik. Sözügedən qətnamə hər hansı bir ilkin şərt irəli sürülmədən Suriyada siyasi prosesi başlanmasını tələb edir”, - deyə Lavrov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm